[b]12 saatlıq qapıçı[/b]
28.06.2018 - 15:24
Ukraynalı qapıçı Anton Kanibolotskinin “Qarabağ” karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin iyununda transfer olunan qolkiperin 1 illik macəraları uğursuz alınıb.
Anton bu müddətdə vur-tut 8 qarşılaşmada meydana çıxıb. 720 dəqiqə şans qazanan ukraynalı 12 ayda 12 saat oynamaq imkanı əldə edib.
O, Premyer Liqada 6 oyunda 6 qol buraxıbsa, Azərbaycan kuboku və Çempionlar Liqasındakı hərəsində 1 dəfə meydana çıxıb. Anton ölkə çempionatında 2 quru matç keçiribsə, digər turnirlərdə qapısını toxunulmaz saxlayıb.
0
0