12,5 milyonluq təzminat
02.05.2022 - 00:38
12,5 milyonluq təzminat

“Mançester Yunayted” Antoni Marsialla vidalaşmaq üçün xərcə düşməyə də hazırdır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 2 illik müqaviləsi qalan fransalıya ödəməli olduğu vəsaitin hamısını ödəməyə razıdır.

Hücumçu ilə anlaşmanı pozmaq üçün ingiltərəlilər 12,5 milyon funt təzminat ödəməlidir. Marsial isə azad agent statusu alacaq.

“Sevilya”da icarədə olan futbolçu güzəştə getmək fikrində deyil. O, cari mövsümdə 11 oyunda 1 qol vurub.