Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması dünyanın 13-cü komandasıdır.
Joze Alesionun yetirmələrinin hesabında 1396 xal var. Özbəkistanla Bakıda baş tutan iki yoxlama oyunu yığmamızın mövqeyinə təsir etməsə də, xal hesabı dəyişib. İki görüşdən yalnız birində qalib gələn (2:3, 4:3) yığmamız 13 xal itirib.
Azərbaycan yığması Avropa ölkələri arasında 8-ci yerdə qalıb. Milli ən yaxın izləyicisi Serbiyadan 4 xal öndədir. 12-ci olan Paraqvayla xal fərqi isə 47-yə yüksəlib.
Qeyd edək ki, siyahının ilk pilləsində 1839 xala malik Braziliya qərarlaşıb. İspaniya 1787 xalla 2-ci, İran 1654 xalla 3-cüdür.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı