130 milyon “oxudular” – istəyənlər qaçdılar
10.02.2020 - 14:14
130 milyon “oxudular” – istəyənlər qaçdılar

“Bayer” yarımmüdafiəçisi Hay Havertsi satmağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, Leverkuzen təmsilçisi 20 yaşlı oyunçusunun transfer qiymətini açıqlayıb.

“Liverpul” və “Bavariya” başda olmaqla bir neçə Avropa nəhənginin maraq dairəsində olan Haverts üçün Bundesliqa komandası 130 milyon avro tələb edib. Ancaq bu məbləğ adıçəkilən hər iki klubun geri addım atmasına səbəb olub. “Liverpul” hətta diqqətini sabiq futbolçusu Filipp Koutinyoya yönəldib. “Qırmızılar” braziliyalını qaytarmaq üçün “Barselona” ilə danışıq aparmağa hazırlaşırlar.

Qeyd edək ki, Hay Havertsin “Bayer”lə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.