21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində yer aldığı qrupda daha bir oyun keçirilib.
Apasport.az saytının məlumatına görə, autsayder Lixtenşteyn Fransanı qəbul edib.
Qarşılaşma qonaq komandanın böyük üstünlüyü şəraitində keçib. Nəticədə 5:0 hesabı ilə qalib gələn fransızlar final mərhələsinə vəsiqəni təmin ediblər. Adıçəkilən komanda noyabrın 16-dakı son matçda İsveçrə ilə qrup birincisi olmaq uğrunda üz-üzə gələcək.
Lixtenşteyn isə möcüzə baş verməsə, 2-ci qrupu sonuncu – 6-cı pillədə tamamlayacaq. Doğrudur, bu komandanın ehtiyatında hələ bir oyun var və noyabrın 17-də Slovakiya üzərində qələbə qazanmaqla, 5-ci yerdəki Azərbaycanla xallarının sayını (6) bərabərləşdirəcək. Lixtenşteynlə Azərbaycan arasındakı matçlarda tam bərabərlik olduğundan, top fərqinə baxılacaq. Lixtenşteyn isə millimizi qabaqlamaq üçün son görüşdə 14 top fərqi ilə qalib gəlməlidir.
Qeyd edək ki, qrupun bu gün keçirilən digər oyunlarında millimiz səfərdə İsveçrəyə 1:2 hesabı ilə məğlub olub, Gürcüstan isə öz meydanında Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib.
1 |
İsveçrə |
9 |
9 |
0 |
0 |
25-5 |
27 |
2 |
Fransa |
9 |
8 |
0 |
1 |
29-9 |
24 |
3 |
Gürcüstan |
10 |
5 |
0 |
5 |
17-14 |
15 |
4 |
Slovakiya |
9 |
3 |
0 |
6 |
16-21 |
9 |
5 |
Azərbaycan |
10 |
2 |
0 |
8 |
6-18 |
6 |
6 |
Lixtenşteyn |
9 |
1 |
0 |
8 |
3-29 |
3 |