150-yə çatdı – “Neftçi”nin qolçusu
21.12.2020 - 11:16

Azərbaycan Premyer Liqasının XII turu “Neftçi”nin futbolçusu Namiq Ələsgərov üçün yubileylə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçını keçirib.
Yubiley “Sabah”la səfər qarşılaşmasında (2:0) gerçəkləşib. Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Namiq yubileyində dubla imza atmaqla qol sayını 24-ə çatdırıb. O, 4 klubun formasını geyinib.
“Bakı”da 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 91 (18 qol) oyun keçirib.
0
0