16 yaşında karyerasını bitirmək istəyib – “Borussiya”nın futbolçusu
01.08.2021 - 16:12
Dortmund “Borussiya”sının hücumçusu Yussuf Mukoko karyerasını bitirmək istəyib.
Apasport.az saytının məlumatına görə, bunu 16 yaşlı futbolçu özü deyib.
O, bunu mətbuatda çıxan materiallarla əlaqələndirib: “Mediada çıxan xəbərlər mənim üçün son dərəcə stressli idi. Xüsusən də, yaşım müzakirə edildikdə. Başqa heç nə istəmirdim. Getmək, karyeramı bitirmək istəyirdim. Amma məşqçi çox kömək etdi, məni dəstəklədi. Meydandakı hər şeyi unuda bildim”.
Qeyd edək ki, Yussuf Mukoko ötən ilin dekabrında Bundesliqa tarixində həm start heyətində meydana çıxan, həm də qol vuran ilk futbolçu olub.
0
0