160 milyonluq müqavilə
13.08.2023 - 19:53
160 milyonluq müqavilə

PSJ-nin transferə çıxardığı Neymara müştəri tapılıb.

Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçunu transfer etmək istəyir.

“Əl-Hilal” Neymara iki illik müqavilə təklif edib. Müqavilənin dəyəri 160 milyon avrodur. Hələlik, 31 yaşlı futbolçunun bu təklifə hansı cavab verəcəyi bəlli deyil. PSJ Neymara 90 milyon avro transfer qiyməti qoyub.

Qeyd edək ki, braziliyalı futbolçunun adı Fransa çempionatının ilk turunda iştirak ərizəsinə daxil edilməyib.
 

0