17 futbolçu bütün oyunlarda iştirak etdi - üçü daim meydanda oldu
25.12.2020 - 10:55
17 futbolçu bütün oyunlarda iştirak etdi - üçü daim meydanda oldu

Azərbaycan Premyer Liqasında mövsümün ilk bölümündə yalnız 12 futbolçu 13 turun iştirakçısı olub.

Apasport.az saytının məlumatına görə, bu oyunçular 4 klubu təmsil edir.

“Zirə”nin 4, “Keşlə” və “Neftçi”nin hərəsinin 3, “Sumqayıt”ın 2 üzvü bütün matçların iştirakçısı olub. 13 matç keçirən “Sabah”la “Qəbələ”də belə oyunçu olmayıb.

Daha 5 futbolçu bütün oyunlarda iştirak edib. Onlar bir görüş az keçirən “Qarabağ”la “Səbail”in üzvləridir. Paytaxt təmsilçisinin 3, ağdamlıların 2 təmsilçisi komandasının bütün qarşılaşmalarında – 12 dəfə şans qazanıb.

Öz klubunda hər görüşdə iştirak etmiş 17 futbolçudan yalnız üçü mövsümün 2020-ci ilə aid hissəsində əvəzolunmaz olub. Aqil Məmmədov (“Neftçi”), Azər Salahlı (“Keşlə”) və Tellur Mütəllimov (“Sumqayıt”) mövsüm ərzində hamıdan çox – 1170 dəqiqə meydanda olub.
 

0