170 milyonluq hücumçu
26.05.2023 - 15:05
170 milyonluq hücumçu

“Milan” futbolçusu Rafael Leaunun sərbəstqalma məbləğini artırıb.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçuya 170 milyon avro qiymət qoyulub.

Bu dəyişiklik iyul ayından etibarlı olacaq. Leao 2019-cu ildən A seriyası klubunda forma geyinir. Onun müqaviləsi 2024-cü ildə başa çatacaq.

Qeyd edək ki, Rafael mövsümün 46 matçında 14 qol vurub.

0