UEFA Konfrans Liqasında VI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, bununla da, Liqa mərhələsi başa çatıb.
İlk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksəlib. Bu hüquqa "Çelsi", "Vitoriya", "Fiorentina", "Rapid", "Yurqarden", "Luqano", "Legiya" və "Serkl Brügge" yiyələnib.
8-24-cü yerlərdə qərarlaşan komandalar isə pley-off mərhələsində oynamaq şansı qazanıb. "Yagelloniya", "Şemrok Rovers", APOEL, "Pafos", "Panatinaikos", "Olimpiya Lyublyana", "Real Betis", "Haydenhaym", "Gent", "Kopenhagen", "Vikinqur", "Borats", "Selye", "Omoniya", "Mölde", "Baçka Topola" bu imkana sahib çıxıb.
Son 12 pillənin sahibi isə mübarizəni dayandırıb. "Harts", "Başakşehir", "Mlada Boleslav", "Astana", "St. Qallen", HİK, "Noa", TNS, "Dinamo Minsk", "Larn", LASK, "Petrokub" turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi dekabrın 20-də baş tutacaq.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”