1/8 finalların ən böyükhesablı nəticələri – Çempionlar Liqasında
09.03.2022 - 19:45
1/8 finalların ən böyükhesablı nəticələri – Çempionlar Liqasında

Çempionlar Liqası (ÇL) tarixinin 1/8 final mərhələlərində qeydə alınan ən böyükhesablı qələbələr açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın bir gün əvvəl “Zalsburq” üzərində 7:1 hesablı qalibiyyəti də siyahıya düşüb.

İndiyə qədər bu turnirin 1/8 final mərhələsində 6 və daha böyük fərqlə nəticələnən 6 oyun olub. Maraqlıdır ki, bunların 4-də “Bavariya”nın payı var. Münhen təmsilçisi bu mərhələdə rəqiblərini iki dəfə 7:0, iki dəfə isə 7:1 hesabı ilə məğlub edib.

Hərəyə bir dəfə “Mançester Siti” və “Barselona” da siyahıda yer alıb.

1-3. “Bavariya” – “Bazel” (2012) – 7:0
1-3. “Bavariya” – “Şalke” (2015) – 7:0
1-3. “Mançester Siti” – “Şalke” (2019) – 7:0
4-6. “Bavariya” – “Sportinq” (2009) – 7:1
4-6. “Barselona” – “Bayer” (2012) – 7:1
4-6. “Bavariya” – “Zalsburq (2022) – 7:1