18 milyonluq maaş təklifi - Lautaro Martinesə
14.03.2020 - 22:25
18 milyonluq maaş təklifi - Lautaro Martinesə

"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 23 yaşlı forvardla bağlı danışığa başlamağa hazırlaşır.

İspaniya təmsilçisi bu keçidin yayda reallaşması üçün 111 milyon avro ayırıb. Futbolçunun özünə isə illik 18 milyon avro maaş təklif ediləcək. Argentina millisinin üzvü buna razılıq versə, kapitan Lionel Messidən sonra ən yüksək ödənişli oyunçu olacaq.

Qeyd edək ki, Lautaro Martinesin "İnter"lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.