
UEFA Millətlər Liqasında mübarizə aparan San Marino millisi 20 ildən sonra ilk dəfə qələbə qazanıb.
Apasport.az xəbər verir ki, D Liqasının 1-ci qrupunda yer alan San Marino Lixtenşteyni qəbul edib.
Qarşılaşmanın ilk hissəsi 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin 19 yaşlı hücumçusu Nikko Sensoli 53-cü dəqiqədə fərqlənib.
San-Marino 1:0 hesabı ilə qalib gəlib. Bu, “göy-ağlar”ın futbol tarixində 20 ildən sonra qazandıqları ilk qələbə olub .
Qeyd edək ki, San-Marino komandası 2004-cü ildə Lixtenşteyn üzərində qələbə qazanıb. Klub Endi Selvanın qolu ilə həmin matçda 1:0 hesablı qələbəyə sevinib. Bu matç komandanın beynəlxalq səviyyədə keçirilən bütün yarışlarda indiyədək qazandığı ilk və tək qələbəsi olub.
- AÇL: Yusuf fərqləndi, “Əl-Hilal” qələbə qazandı
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"