19 yaşlı müdafiəçi ilə gücləndi - PSJ
01.09.2021 - 16:49
Fransa PSJ-si heyətinə daha bir futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi Nunu Mendeşi icarəyə götürüb.
Portuqaliya “Sportinq”inin 19 yaşlı müdafiəçisi 2022-ci ilin yayına qədər PSJ-də oynayacaq. Anlaşmaya əsasən futbolçunun sonradan transfer hüququ da parislilərə verilib.
İcarə üçün fransalılar 7 milyon avro ödəyəcək. PSJ gələn il oyunçunu transfer etmək istəsə, 40 milyon xərcə düşəcək.
0
0