Azərbaycan Premyer Liqasının XVIII turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, Kevin Medina (“Qarabağ”) və Əli Qurbani (“Sumqayıt”) növbəti turu buraxacaq.
Əli “Zirə”, Kevin “Qəbələ” ilə matçda xəbərdarlıq alıb. Bu, hər iki oyunçu üçün 4-cü sarı vərəqə olub.
Daha 7 futbolçu isə cəza limitinə yaxınlaşıb. Təhlükədə olan bu futbolçular üçün növbəti “sarı” “qırmızı işıq” rolunu oynayacaq.
Təhlükədə olanlar Rafael Utziq (“Qəbələ”), Kadi Borqes və Qara Qarayev (hər ikisi “Qarabağ”), Ceyhun Nuriyev (“Sabah”), Məhəmməd Mirzəbəyov və Yurgen Qoxa (hər ikisi “Səbail”), Davit Volkovdur (“Zirə”).
Qeyd edək ki, növbəti turun matçları martın 12-13-də keçiriləcək.