Almaniya Bundesliqa II-də VIII tur davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Aue” günün ilk oyununda meydana çıxıb.
Adıçəkilən komanda eyni xala malik olan turnir cədvəlindəki qonşusu “Darmştadt”ı qəbul edib. Görüş ev sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. Matça ehtiyatdan başlayan Nazarov 90+1-ci dəqiqədə meydana daxil olub və cəmi 2 dəqiqə sonra qapıçı ilə təkbətək vəziyyətdə onu da aldadaraq qarşılaşmada son nöqtəni qoyub - 3:0.
Qeyd edək ki, xallarının sayını 12-yə çatdıran “Aue” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu