2 futbolçudan məhrum oldu - PSJ
19.02.2020 - 10:53
2 futbolçudan məhrum oldu - PSJ

Çempionlar Liqasının 1/8 final mərhələsində Dortmund “Borussiya”sına ilk oyunda məğlub olan PSJ (1:2) cavab görüşünə tam heyətlə çıxa bilməyəcək.

Apasport.az saytının məlumatına görə, Fransa çempionu iki futbolçusunu itirib.

Müdafiəçi Toma Menye və yarımmüdafiəçi Marko Verratti cavab qarşılaşmasını buraxacaqlar. Buna səbəb əsas heyət üzvlərinin sarı vərəqə limitini doldurmalarıdır. 

Qeyd edək ki, bu komandalar arasında ikinci matç martın 11-də Parisdə keçiriləcək.