2 oyunu buraxacaq – “Milan”ın müdafiəçisi
21.09.2021 - 13:05
2 oyunu buraxacaq – “Milan”ın müdafiəçisi

İtaliya “Milan”ının futbolçusu Simon Kyerin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, danimarkalı müdafiəçi 2 oyunu buraxacaq.

Buna təcrübəli futbolçunun zədəsi səbəb olub. O, A seriyasının IV turunun “Yuventus”la matçında (1:1) xəsarət alıb.

Kyer tibbi müayinədən keçib. Onun zədəsinin ciddi olmaması üzə çıxıb. 32 yaşlı futbolçu hətta “Atletiko” ilə Çempionlar Liqasının matçına da hazır ola bilər.