20-dən çox qol vuranlar – Avropanın bombardirləri
06.03.2022 - 10:07
20-dən çox qol vuranlar – Avropanın bombardirləri

Avropanın ən yüksək reytinqli 10 çempionatında 20 qol həddinə çatan futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cari mövsüm cəmi 6 oyunçu bunu bacara bilib.

Bu baxımdan cədvələ “Bavariya”nın forvardı Robert Levandovski başçılıq edir. Polşalı forvard Almaniya Bundesliqasında keçirdiyi 24 oyunda rəqib qapılarına 28 dəfə yol tapıb.

Onun ən yaxın izləyicilərinin isə aktivində 20 qol var.

1. Robert Levandovski (“Bavariya”) – 24 oyunda 28 qol
2-6. Duşan Vlahoviç (“Fiorentina”/“Yuventus”) – 25 oyunda 20 qol
Patrik Şik (“Bayer”) – 20 oyunda 20 qol
Mixael Frey (“Antverpen”) - 28 oyunda 20 qol
Deniz Undav (“Union”) – 28 oyunda 20 qol
Darvin Nunyez (“Benfika”) – 20 oyunda 20 qol