2020-ci ildə ən çox pul qazanan futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi başa çatmaqda olan il ərzində hamıdan çox qazanc əldə edib.
Argentinalı superulduz 126 milyon avro ilə zirvədə qərarlaşıb. İkinci sırada yer alan İtaliyanın “Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo həmkarından 9 milyon avro az qazanıb. İlk “üçlüy”ü 96 milyon avro ilə Fransa təmsilçisi PSJ-nin hücumçusu Neymar qapayıb.
2020-ci ildə ən çox qazanc əldə edən futbolçular:
1. Lionel Messi – 126 milyon avro
2. Kriştianu Ronaldo – 117 milyon
3. Neymar – 96 milyon
4. Kilian Mbappe – 42 milyon
5. Məhəmməd Salah – 37 milyon
6. Pol Poqba – 34 milyon
7. Antuan Qrizmann – 33 milyon
8. Qaret Beyl – 29 milyon
9. Robert Levandovski – 28 milyon
10. David De Xea – 27 milyon
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”