2021/22 mövsümündə ən çox oyun keçirən 5 FUTBOLÇU
10.04.2022 - 17:13
2021/22 mövsümündə ən çox oyun keçirən 5 FUTBOLÇU

İldən-ilə turnirlərin sayının artması komandaların daha tez-tez oyunlar keçirməsinə yol açır.

Apasport.az saytının məlumatına görə, bu, futbolçuları da istirahətsiz matçlara çıxmağa vadar edir.

Buna görə də, müasir futbolda texniki bacarıqdan çox, fiziki güc daha böyük önəm daşıyır. 2021/22 mövsümünün startından bəri futbolçuların keçirdikləri oyun sayına baxdıqda bunu aşkar görmək mümkündür.

Bu yazıda da cari mövsüm dünyada ən çox matçda iştirak edən 5 futbolçunu təqdim edirik.

1-4. Andreas Hançe-Olsen - 56 oyun
“Gent”də 49, Norveç millisində 7 matç

1-4. Maykl Nqadeu - 56 oyun
“Gent”də 42, Kamerun millisində 14 matç

1-4. Joe Aribo - 56 oyun
“Reyncers”də 46, Nigeriya millisində 10 matç

1-4. Luis Diaz - 56 oyun
“Porto” və “Liverpul”da 41, Kolumbiya millisində 15 matç

5. Kerem Aktürkoğlu - 54 oyun
“Qalatasaray”da 45, Türkiyə millisində 9 matç