2022-ci ilə qədər oynamayacaq – ulduz futbolçu
25.09.2021 - 14:56
2022-ci ilə qədər oynamayacaq – ulduz futbolçu

“Barselona” və “Yuventus”un sabiq futbolçusu Dani Alveş 2021-ci ilin sonuna qədər heç bir klubda oynamayacaq.

Apasport.az saytının məlumatına görə, bunu 38 yaşlı müdafiəçi özü açıqlayıb.

Son olaraq 2019-cu ildən formasını geyindiyi “San-Paulo”dan ayrılan sağ cinah oyunçusu yanvara qədər dincəlmək fikrində olduğunu söyləyib: “İlin sonuna qədər heç bir klubla müqavilə bağlamamaq qərarına gəldim. Uşaqlıq arzumu gerçəkləşdirmək üçün Braziliyaya gəldim və bunu da etdim”.

Alveşin konkret olaraq 4 təklif aldığı, onlar arasında Avropa klubunun olduğu da bildirilir.