21 yaşında 20-ci qol – Çempionlar Liqasında rekord
09.12.2020 - 23:44
Fransa PSJ-sinin futbolçusu Killian Mbappe daha bir rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, forvard Çempionlar Liqasında 20 qol səddinə ən tez çatan ən gənc futbolçu olub.
Qrup mərhələsinin VI turunun “Başakşəhər”lə hazırda davam edən oyununda fərqlənən Mbappe 20-ci qolunu 21 yaş 11 aylığında vurub. Bununla da Mbappe Lionel Messiyə məxsus rekordu arxada qoyub. “Barselona”nın argentinalı ulduzu buna 22 yaş 8 aylığında nail olmuşdu.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0