24 oyunda 20 məğlubiyyət - yığmamızdan
26.11.2021 - 11:06
Qadınlardan ibarət Azərbaycan yığması yubiley məğlubiyyətini alıb.
Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsinin Avropa zonasında Rusiyaya 0:4 hesabı ilə uduzub.
Bunadək dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 23 matça çıxan komanda rəsmi görüşlərdə 19 dəfə xalsız qalmışdı. 24-cü qarşılaşma 20-ci yenilgi ilə başa çatıb.
Millimiz mundial yolunda 13 oyunun 11-də, qitə çempionatına vəsiqə uğrunda mübarizədəki 11 matçda 9 dəfə uduzub.
Qeyd edək ki, yığma seçmə oyunlarda 3 qələbə və 1 heç-heçə əldə edib.
0
0