25 milyona aldığı futbolçu ilə vidalaşdı – “Roma”
01.09.2021 - 00:41
25 milyona aldığı futbolçu ilə vidalaşdı – “Roma”

İtaliyanın “Roma” klubu Xavyer Pastore ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, argentinalının müqaviləsinə xitam verilib.

32 yaşlı yarımmüdafiəçi azad agent statusu alıb. 2018-ci ildə PSJ-dən 25 milyon avroya transfer olunan Pastore yeni klub axtarışına başlayıb.

Qeyd edək ki, 2009-cu ildə Avropaya üz tutan argentinalı əvvəl “Palermo”nun şərəfini qoruyub. 2011-ci ildə İtaliya klubu onu 42 milyon avroya PSJ-yə satıb.