256-cı – xorvat da millidə debüt edir
01.09.2021 - 22:06
Filip Ozobiç Azərbaycan millisində debüt edəcək.
Apasport.az saytının məlumatına görə, xorvatiyalı legioner az sonra başlayacaq Lüksemburq – Azərbaycan matçının start heyətində meydana çıxacaq.
O, millimizin tarixində ilk xorvatiyalı legioner olacaq. Müxtəlif ölkələrdən futbolçu milliləşdirən yığmamızda bu sabiq Yuqoslaviya təmsilçisindən oyunçu olmamışdı.
Filip yığmanın 29 illik tarixində 256-cı futbolçudur. Əvvəlki 269 matçda 255 oyunçu meydana çıxıb.
0
0