İtaliyanın “Milan” klubu səfərdəki məğlubiyyətsizlik seriyasını 18-ə çatdırıb.
Apasport.az saytının məlumatına görə, Milanın eyniadlı təmsilçisi Avropa Liqasının qrup mərhələsinin VI turunda Çexiya “Sparta”sı üzərində 1:0 hesablı qələbə ilə son 27 ildə özünün yeni rekorduna imza atıb.
Stefano Piolinin başçılıq etdiyi komanda 1993-cü ildən sonra heç vaxt belə uğurlu seriyaya nail olmayıb. Həmin vaxt “Milan” ardıcıl 20 səfər oyununda uduzmayıb.
Qeyd edək ki, “rossonyeri” 2020-ci ildə daha iki səfər matçına çıxacaq. A seriyasının “Cenoa” və “Sassuolo” ilə görüşlərində uduzmasa, milanlılar 1993-cü ilin rekordunu da təkrarlayacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”