28 aya cəmi 50 qol – “Sabah”dan
01.12.2020 - 15:32
“Sabah” Premyer Liqada 50-ci qolunu vurub.
Apasport.az saytının məlumatına görə, yubiley XI turun “Keşlə” ilə oyununa (1:1) təsadüf edib.
Görüşün 60-cı dəqiqəsində hesabı açan Kevin Kubemba klub tarixinə yubiley qolunun müəllifi kimi düşüb.
“Sabah” 50-ci qolu Premyer Liqada keçirdiyi 59-cu matçda vurub. Bakılılar evdə 27, səfərdə 23 dəfə fərqlənib. Paytaxt təmsilçisi 2018/19 mövsümündə 20, 2019/20 mövsümündə 19, cari çempionatda 11 dəfə fərqlənib.
Qeyd edək ki, “Sabah”ın ilk qolunu Marko Deviç 2018-ci il avqustun 18-də “Keşlə” ilə matçda (1:0) vurub.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
0
0