3 aylıq ulduz futbolçu – klubunu tərk etdi
22.09.2021 - 22:14
3 aylıq ulduz futbolçu – klubunu tərk etdi

“Barselona”nın sabiq futbolçusu Paulinyo yeni komandası “Əl-Əhli”də çox qalmayıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı klubu ilə yollarını ayırıb.

“Əl-Əhli” rəsmi saytı vasitəsilə müqaviləyə qarşılıqlı razılıqla xitam verildiyini bəyan edib. Maraqlıdır ki, Paulinyo ərəblərlə iyunda müqavilə imzalayıb. 33 yaşlı oyunçu 3 aylıq müddətdə cəmi 4 oyunda meydana çıxıb, 2 qol vurub.

Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü “Barselona” ilə yanaşı, “Tottenhem”in də şərəfini qoruyub.