3 azarkeş həbs olundu - Premyer Liqa oyununa görə
04.02.2020 - 00:08
3 azarkeş həbs olundu - Premyer Liqa oyununa görə

İngiltərə Premyer Liqasının XXV turunda keçirilən "Vest Hem" - "Brayton" oyununda xoşagəlməz hal yaşanıb.

Apasport.az saytının məlumatına görə, 3:3 hesabı ilə başa çatan qarşılaşmada azarkeşlər etik qaydaları pozublar.

Oyun zamanı irqçi şüarlar səsləndirən "Vest Hem"in iki fanatı homofobiya şübhəsi ilə aşkarlanaraq həbs olunub. Həmin şəxslər hazırda nəzarətdədirlər və onlarla bağlı araşdırma aparılır. Həmçinin rəqib fanatlarına hücum çəkən "Vest Hem"in daha bir azarkeşi saxlanılıb.

Qeyd edək ki, Premyer Liqanın XXI turu çərçivəsində baş tutan "Brayton" - "Çelsi" (1:1) görüşündən sonra da polislər eyni səbəbdən 3 azarkeşi həbs etmişdilər.