3-cü liqa klubunda çalışacaq – Edqar Davids
05.01.2021 - 10:45
3-cü liqa klubunda çalışacaq – Edqar Davids

Niderland millisinin sabiq futbolçusu Edqar Davidsin yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Yuventus” və “Ayaks” klublarındakı çıxışları ilə tanınan sabiq yarımmüdafiəçi Portuqaliyanın 3-cü liqasında çalışacaq.

47 yaşlı mütəxəssis “Olyanense”yə baş məşqçi təyin edilib. Bununla da Davidsin 6 illik işsizliyi sona çatıb.

Qeyd edək ki, niderlandlının son iş yeri 2012-14-cü illərdə çalışdığı İngiltərə təmsilçisi “Barnet” olub.