3 debüt birdən – Azərbaycan yığmasında
13.10.2020 - 20:00
3 debüt birdən – Azərbaycan yığmasında

Azərbaycan millisinin heyətində birdən-birə 3 futbolçu debüt edib.

Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçisi İsmayıl İbrahimli və “Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov yığmada ilk oyununa çıxıb.

Milliləşən legioner Məhəmmədəliyev və digər iki yerli oyunçu az öncə start fiti verilən Azərbaycan - Kipr görüşündə şans qazanıb. Onlar Millətlər Liqasının IV turunun Elbasan şəhər stadionundakı qarşılaşmasının start heyətində yer alıblar.

Bunadək milli forması geyinməyən “üçlük” debüt şansını Canni de Byazidən qazanan oyunçu sayını 6-ya çatdırıb. İtaliyalı mütəxəssis Kiprlə ilk qarşılaşmasında (1:0) “Sumqayıt”ın mililəşən legioneri rusiyalı Rəhim Sadıxova şans verib. Üç gün əvvəl Monteneqro ilə matçda isə Əli Qurbani ilə Azər Salahlı ilk dəfə millinin formasını geyinib.

Şahruddin, Elvin və İsmayıl Azərbaycan yığması tarixində çıxış edən oyunçu sayını isə 242-yə çatdırıb. Bunadək keçirilən 259 matçda 239 oyunçu şans qazanıb.
 
Qeyd edək ki, oyun sayında millinin rekordçusu Rəşad Sadıqov 111 matça çıxıb.

0
Şahruddin Məhəmmədəliyev İsmayıl İbrahimli Elvin Bədəlov