3 futbolçusuna yeni müqavilə təklifi – PSJ-dən
10.11.2020 - 15:59
3 futbolçusuna yeni müqavilə təklifi – PSJ-dən

PSJ klubu 3 aparıcı futbolçusuna yeni müqavilə təklif edib.

Apasport.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin idman direktoru Leonardo məlumat verib.

O bildirib ki, argentinalı yarımmüdafiəçi Anxel Di Mariya, braziliyalı hücumçu Neymar və fransalı ön xətt oyunçusu Kilian Mbappeyə rəsmi təklif göndərilib: “Biz Neymar, Mbappe və Di Mariya ilə müqavilə müddətinin uzadılması üçün danışıqlara başladıq. Doğrudur, bu il maddi itkilərimiz oldu, çətin duruma düşdük. Bu vəziyyətdən çıxmaq asan deyil. Ancaq Mbappe və Neymarla birbaşa ünsiyyət qururuq”.

Qeyd edək ki, Neymar və Di Mariya yeni sözləşməyə hazır olduqlarını açıqlayıblarsa, Mbappe qərar verməyə tələsmir.
 

0