İngiltərə Premyer Liqasında çıxış edən klublardan birinin 3 futbolçusunda koronavirusa yoluxma şübhəsi yaranıb.
Apasport.az saytının məlumatına görə, bu iddia ilə “Telegraph” nəşri çıxış edib.
Xəbərdə bildirilir ki, adı açıqlanmayan elita təmsilçisində bir futbolçu həftənin əvvəlində səhhətində yaranmış narahatlığa görə özünü karantinə alıb. Bunun ardından həmin komandanın daha 2 üzvündə bu şübhə yaranıb. Futbolçular artıq testdən keçiriliblər və bunun nəticəsi sabah müəyyənləşəcək.
Əgər oyunçulardan hər hansındasa koronavirus epidemiyası aşkarlansa, Premyer Liqa matçlarının təxirə salınması gündəmə gətiriləcək.