3 oyunda 9 qol vurdu – ən yaxşı seçildi
21.11.2020 - 11:43

Almaniya Bundesliqasında ayın ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, “Bavariya”nın hücumçusu Robert Levandovski oktyabrın ən yaxşısı adını qazanıb.
Polşalı hücumçu ötən ay çempionatda cəmi 3 oyun keçirib. O, bu qarşılaşmalarda 9 qol vurub.
Qeyd edək ki, “Bavariya” bu gün Bundesliqanın növbəti turunda “Verder”lə qarşılaşacaq.
0
0