3 oyunluq cəza – “Keşlə”nin futbolçusuna
17.09.2021 - 13:34
“Keşlə”nin futbolçusu Anatole Abanqın cəzası bəlli olub.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Komitə bugünkü iclasında Premyer Liqanın III turunun “Keşlə” – “Zirə” oyununda baş verənləri müzakirə edib. 28-ci dəqiqədə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Abanq 3 oyun cəzalanıb.
O, “Keşlə”ni 2400 manat cəriməyə məruz qoyub.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0