“Balanslı qrupda qərarlaşmışıq. Komandaların gücü bir-birinə yaxındır”.
Apasport.az saytının məlumatına görə, bunu “Omoniya”nın baş məşqçisi Henninq Berq Konfrans Liqasında yer aldıqları qrupu dəyərləndirərkən deyib.
“Qarabağ”, “Kayrat” və “Bazel”lə eyni qrupda qərarlaşan Kipr təmsilçisinin çalışdırıcısı ilk iki turda 1 xal toplamalarına baxmayaraq, ümidli danışıb: “Düşünürəm ki, “Qarabağ” və “Kayrat”dan daha çox xal almağa yaxın idik. Düzdür, bizim üçün prioritet çempionatdır, ancaq avrokuboklarda da iştirak xatirinə qatılmamışıq. Qrupdakı bütün rəqibləri məğlub edə bilərik. Növbəti mərhələ şansı barədə nəsə danışmaq çətindir. “Bazel” və “Qarabağ” hər il Avropada oynayır. Biz isə püşkatmada zaman dördüncü səbətdə idik. Oynamaq, mübarizə aparmaq lazımdır”.
Qeyd edək ki, “Omoniya” qrupun II turunda öz meydanında “Qarabağ”a 1:4 hesabı ilə məğlub olub. Kipr təmsilçisi oktyabrın 21-də “Bazel”in qonağı olacaq. Həmin gün “Qarabağ” “Kayrat”ı qəbul edəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər