Bu gün futbol üzrə Azərbaycan çempionatlarının startının 30 illik yubileyidir.
Apasport.az saytının məlumatına görə, ölkəmizdə ilk milli çempionat 1992-ci il mayın 3-də başlayıb.
26 komandanın iki qrupda mübarizə apardığı turnirin ilk qarşılaşmaları ayın 3-də, saat 3-də start götürüb. 4 oyunda verilən hakim fiti ilə futbol çempionatımızın əsası qoyulub.
Yarışın tarixində ilk qol Ağdamda vurulub. “Qarabağ”ın futbolçusu Mehman Alışanov Sabirabad “İnşaatçı”sının qapısına yol tapıb. Lakin onun komandası bu ev görüşündə uduzub – 1:2. Saat 15:00-da başlayan görüşlər Nazim Əliyevin müəllifi olduğu ilk het-trik, ilk qolsuz matçla da yadda qalıb.
Qeyd edək ki, ilk çempionatın qalibi adını “Neftçi” qazanıb.
Azərbaycan çempionatı-1992
I tur
3 may
A qrupu
15:00. “Xəzər” (Sumqayıt) – “Xəzər” (Lənkəran) - 5:0
15:00. “Viləş” (Masallı) – “Şahdağ” (Qusar) - 1:1
B qrupu
15:00. “Qarabağ” (Ağdam) – “İnşaatçı” (Sabirabad) - 1:2
15:00. “Tərəqqi” (Bakı) – “Kürmük” (Qax) - 0:0