30 yaşlı futbolçu karyerasını sonlandıracaq - MÖVSÜMÜN SONUNDA
07.05.2026 - 19:51
“Borussiya Dortmund”un futbolçusu Niklas Süle mövsümün sonunda karyerasını başa vuracaq.
Apasport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi komandasının daxili çempionatda keçirəcəyi son iki oyun - “Ayntraxt” və “Verder”lə matçlardan sonra butslarını mismardan asacaq.
Qeyd edək ki, Almaniya millisinin sabiq üzvü 2022-ci ildən Dortmund təmsilçisinin heyətində çıxış edir. O, daha əvvəl “Bavariya”nın heyətində 5 dəfə Bundesliqanın, 1 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0