300-cü oyunda 200-cü qol - Keyndən
05.11.2020 - 22:39
İngiltərənin “Tottenhem” klubunda 300-cü oyununa çıxan Harri Keyn 200-cü qolunu vurub.
Apasport.az saytının məlumatına görə, bu yubileylər Avropa Liqasının III turunun “Lüdoqorets”lə (Bolqarıstan) matçına təsadüf edib.
Start heyətində meydana çıxan yubilyar 13-cü dəqiqədə hesabı açıb. O, klub tarixində 200 və daha çox qol vuran 3-cü oyunçudur. Yalnız Cimmi Qrivz (266) və Bobbi Smit (208) daha çox fərqlənib.
0
0