300-cü qələbə - 499-cu oyunda
23.12.2020 - 09:19
İspaniyanın “Atletiko” klubu baş məşqçisi Dieqo Simeonenin rəhbərliyi altında 300-cü qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, bu, La Liqanın XV turunda baş verib.
“Real Sosyefad” üzərində qələbə mütəxəssis üçün yubileylə əlamətdar olub. Simeone 300-cü qələbəni 499-cu oyununda qazanıb.
50 yaşlı argentinalı “Atletiko”da 300 və daha çox qələbə qazanan 2-ci mütəxəssisdir. Luis Araqones 300-cü uğuru 587-ci matçda əldə edib.
Qeyd edək ki, Simeone 2011-ci ildən “Atletiko”nun baş məşqçisidir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0