İngiltərənin “Liverpul” klubu Premyer Liqada özünün ən böyükhesablı qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, mersisaydlılar bu gun keçirilən qarşılaşmada “Kristal Pelas”ı 7:0 hesabı ilə darmadağın edib.
Bu, klubun son 31 ildə ən böyükhesablı qələbəsidir. Liverpulun eyniadlı təmsilçisi çempionatda son belə uğuruna yarış Premyer Liqa adlanmazdan öncə imza atıb.
1989-cu ildəki “qurban” da “Kristal Pelas” olub. Həmin vaxt 9:0 hesabı qeydə alınıb.
Bu görüş Yurgen Kloppun da rekordu ilə əlamətdar olub. Almaniyalı “Liverpul”un baş məşqçisi kimi Premyer Liqada ən çox qələbə qazanan məşqçi olub. O, 127-ci qələbəsini 196-cı matçda bayram edib.
Klopp 125 qələbəsi olan Rafael Benitesi arxada qoyub. Jerar Ulye 112, Roy Evans 87, Brendan Rocers 63 qələbə ilə “Top-5”də yer alıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”