Azərbaycan Premyer Liqasının VIII turunda “Səbail”ə 1:3 hesabı ilə uduzan “Qarabağ”ın cari mövsüm ilk məğlubiyyətlə yanaşı, daha bir seriyası qırılıb.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi uzun fasilədən sonra ilk dəfə bir matçda qapısında 3 qol görüb.
Qurban Qurbanovun yetirmələri sonuncu dəfə ötən mövsüm Avropa Liqasının qrup mərhələsində İstanbulda qəbul etdiyi “Sivasspor”la görüşdə 3 dəfə mərkəzə dəvət olunmuşdu – 2:3. 2020-ci il noyabrın 26-na təsadüf edən həmin qarşılaşmadan 332 gün sonra “Qarabağ” ilk dəfə bir matçda 2-dən çox qola üzülüb. Ağdamlıların ötən il dekabrın 12-də “Vilyarreal”la səfər görüşü koronavirusla əlaqədar baş tutmamış, Azərbaycan təmsilçisinə texniki məğlubiyyət (0:3) verilmişdi.
“Vilyarreal”la keçirilməyən oyunu nəzərə almasaq, “Sivasspor”la dünənki “Səbail” görüşü arasında Qurban Qurbanov yetirmələrini 40 rəsmi matça çıxarıb. Komanda bunun 20-də qapısının toxunulmazlığını qoruya bilibsə, 18 oyunda bir, 2 qarşılaşmada isə iki qol buraxıb.
Qeyd edək ki, cari mövsümün ilk 16 oyununda uduzmayan “Qarabağ” axırıncı dəfə ötən mövsümün son tur matçında “Neftçi”yə yenilmişdi (0:1). Mayın 19-na təsadüf edən həmin oyundan “Səbail”lə matça qədər 5 ay (158 gün) vaxt keçib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir