34 faiz, 33 ölkə, 59 legioner
23.12.2019 - 12:50
34 faiz, 33 ölkə, 59 legioner

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün ilk yarısında 59 legioner statuslu futbolçu çıxış edib.

Apasport.az saytının məlumatına görə, 173 oyunçunun ən azı bir dəqiqə iştirak etdiyi yarışda əcnəbilərin çəkisi 34 faiz təşkil edib.

Hərçənd bu rəqəm əslində daha böyükdür. Çünki Azərbaycan pasportu ilə Premyer Liqaya qatılanlar arasında milliləşən legionerlər də az deyil.

33 ölkə 59 legioner
Legioner statusu daşıyan futbolçular 33 müxtəlif ölkəni təmsil edir. Təmsilçi sayına görə Fransa 1-ci yerdədir. Bu ölkədən 6 oyunçu ilk yarıda meydana çıxıb. İspaniya və Ukrayna isə 4 legionerlə təmsil olunub.

Fransa

6

İspaniya

4

Ukrayna

4

Braziliya

3

Haiti

3

Monteneqro

3

Serbiya

3

Gürcüstan

2

İran

2

Moldova

2

Paraqvay

2

Qana

2

Seneqal

2

Yunanıstan

2

Argentina

1

Belçika

1

Bolqarıstan

1

Bosniya və Herseqovina

1

Botsvana

1

CAR

1

Fil Dişi Sahili

1

Honduras

1

İsrail

1

İtaliya

1

Malavi

1

Mali

1

Mozambik

1

Peru

1

Qvineya

1

Rumıniya

1

Rusiya

1

Syerra-Leone

1

Xorvatiya

1

“Zirə” və “Sumqayıt” əks qütblərdə
Premyer Liqadakı 8 klubun hamısının heyətində legioner forma geyinib. “Zirə” hamıdan çox – 11 əcnəbiyə güvənib. “Neftçi”də 10, “Qarabağ”da 9 gəlmə futbolçu şans qazanıb.

Hər dəfə legionersiz kimi qələmə verilən “Sumqayıt” daha az – 4 əcnəbiyə bel bağlayıb. Lakin bu komandada milliləşən əcnəbilər də meydana çıxıblar.

Zirə

11

Neftçi

10

Qarabağ

9

Qəbələ

7

Sabah

7

Keşlə

6

Səbail

5

Sumqayıt

4

Əcnəbilərdən 78 qol
59 legionerdən 6-sı qapıçıdır. Onlar ümumilikdə 53 qol buraxıblar. Sahə oyunçusu olan gəlmələrin sayı da elə 53-ə bərabərdir. Bu futbolçular arxada qalan 2 dövrənin 14 turunun 56 oyununda 78 qol vurub.

138 qolun vurulduğu çempionatdakı topların 57 faizi legionerlərin hesabındadır.

“Neftçi” və “Sumqayıt”ın gəlmələri daha çox – 14 qol vurub. “Səbail”in əcnəbilərinin faydası isə daha azdır – cəmi 2 qol.

Neftçi

14

Sumqayıt

14

Qarabağ

12

Keşlə

10

Zirə

10

Sabah

9

Qəbələ

7

Səbail

2

Öncüllər
Mövsümün ilk yarısını əvəzolunmadan keçirən hər iki oyunçu legionerdir. Bunlar “Keşlə”nin üzvləri Stanislav Namaşko ilə Con Kamaradır.
14 matçın hamısında iştirak edən, lakin əvəzolunmadan oynamayan digər 14 futbolçudan 4-ü də legionerdir. Bunlar Maqaye Geye (Qarabağ), Davit Volkov (Qəbələ), Ulise Diallo (Sabah) və Peyman Babayidir (Sumqayıt).

Bombardirlər siyahısında da ancaq əcnəbilərdir. Lorenzo Frutos (Keşlə),  Peyman Babayi (Sumqayıt) və Stiven Monroz (Neftçi) 6 qolla ilk üç sıranı bölüşür. Onların iki ən yaxın izləyicisi 5 qola malik Mehdi Şərifi (Sumqayıt) və Davit Volkovdur (Qəbələ).

0
Azərbaycan Premyer Liqası legioner legioner statuslu futbolçu