37 illik sindrom qırıldı
30.03.2022 - 12:53
37 illik sindrom qırıldı

Braziliya millisi Boliviya sindromunu qırıb.

Apasport.az saytının İFFHS-ə istinadən məlumatına görə, pentakampeonlar 37 ildən sonra bu ölkədəki səfər matçında qələbə qazanıb.

Sambaçılar DÇ-2022-nin seçmə oyununda 4:0 hesabı ilə qalib gəlib. Braziliyanın seçmə mərhələlərdə Boliviya üzərindəki son səfər qələbəsi 1985-ci il iyunun 2-də qeydə alınıb.

Həmin matçda qonaqlar 2:0 hesabı ilə qələbəyə sevinib. Sonrakı 5 görüşdə 2 heç-heçəsi olan braziliyalılar 3 dəfə uduzub.