37 milyonluq transfer
25.06.2022 - 23:13
37 milyonluq transfer

“Nyukasl” heyətinə yeni futbolçu qatacaq.

Apasport.az saytının məlumatına görə, “Lill”in futbolçusu Sven Botman Premyer Liqa klubuna keçəcək.

Onun transferi 37 milyon avroya gerçəkləşəcək. Bu rəqəm bonuslar hesabına arta da bilər. Klublar ikin razılıqla bağlı sənədləri imzalayıb.

22 yaşlı futbolçu “Milan”ın da hədəfində idi. Lakin İtaliya klubu oyunçunu ələ keçirə bilməyib.

Qeyd edək ki, Botman ötən mövsümün 25 matçında 3 qol vurub.
 

0