37 yaşlı qapıçı ilə yeni müqavilə
03.04.2022 - 14:32
Polşa millisinin sabiq qapıçısı Lukaş Fabianskinin gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı qolkiper “Vest Hem”də qalacaq.
O, İngiltərə klubu ilə müqaviləni uzatmaq barədə razılıq əldə edib. Tərəflər yayda başa çatacaq anlaşmanı daha bir mövsümlük uzadacaq.
Qeyd edək ki, Lukaş milli karyerasını ötən ilin sonunda başa vurub.
0
0