“Mançester Yunayted” əfsanəvi çalışdırıcısı Aleks Ferqyusonun gedişindən sonra Premyer Liqa çempionluğuna həsrət qalıb.
Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” ötən illər ərzində, xüsusən də, müdafiə xəttində ciddi problemlər yaşayıb.
Halbuki Ferqyusonun 2013-cü ildə ayrılmasından sonra Mançester klubu 11 arxa xətt oyunçusu heyətinə cəlb edib və onların transferi üçün ümumilikdə 385 milyon avro xərc çəkib.
2014/15 mövsümü
Deyli Blind – 17,5 milyon avro
Markos Roxo - 20 milyon
Luk Şou – 37,5 milyon
2015/16 mövsümü
Matteo Darmian - 18 milyon
Erik Beylli - 38 milyon
2017/18 mövsümü
Viktor Lindelöf - 35 milyon
2018/19 mövsümü
Dioqo Dalot - 22 milyon
2019/20 mövsümü
Aaron Van-Bissaka - 55 milyon
Harri Maquayr - 87 milyon
2020/21 mövsümü
Aleks Telleş - 15 milyon
2021/22 mövsümü
Rafael Varan - 40 milyon