“Liverpul” bütün turnirlərdə məğlubiyyətsizlik seriyasını 25 oyuna yüksəldib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubu Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atletiko” ilə matçda da uğurlu seriyasını davam etdirib.
Madridliləri 2:0 hesabı ilə məğlub edən Yurgen Kloppun yetirmələri son 25 qarşılaşmanın 18-də qələbə qazanıb, 7 dəfə heç-heçə edib. Bu, 1982-ci ilin mart-sentyabr ayları arasındakı klub rekordunun təkrarıdır. 39 il əvvəl komanda 20 matçda qələbə qazanmışdı.
Qeyd edək ki, “Liverpul” növbəti oyununu Premyer Liqanın XI turu çərçivəsində noyabrın 7-də “Vest Hem”ə qarşı keçirəcək.